Tanınmış jurnalist vəfat etdi – FOTObackend

Tanınmış jurnalist vəfat etdi – FOTO

Jurnalist, yazıçı-publisist, şair Qələndər Xaçınçaylı vəfat edib.

Hokm.az xəbər verir ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edk ki, Ağdamda doğulan Q.Xaçınçaylı peşə fəaliyyətinə Neft Daşlarında başlayıb. Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü idi. O, 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edib. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.

Son illərdə uzun müddət “Həftə içi” qəzeti ilə əməkdaşlıq edib.

Allah rəhmət eləsin”

  •  (0)
  •  (2)