Tanınmış jurnalist Raqif Raufoğlu ADU-nun daha bir tələbəsinin təhsil haqqı xərcini ödədibackend

Tanınmış jurnalist Raqif Raufoğlu ADU-nun daha bir tələbəsinin təhsil haqqı xərcini ödədi

Hokm.az xəbər verir ki, bu barədə məlumatı ADU THİK sədri Şahin Sərdarlı sosial şəbəkədəki hesabında paylaşıb. Qeyd edib ki, Raqif Raufoglu günümüzədək bir neçə tələbənin təhsil haqqı xərcini ödəyib: “Raqif bəy bu gün də müraciətimizə müsbət cavab verərək daha bir tələbəmizin yarım illik təhsil haqqı (750 manat) xərcini ödədi, qalan hissəsinin ödənişini də öz üzərinə götürdü. Raqif bəyə ADU THİK adından dərin minnətdarlığımızı bildiririk. Qeyd etmək istəyirəm ki, ADU THİK-də sədr olduğum il yarımlıq dövrdə müxtəlif kampaniyalar vasitəsilə 36 tələbəmizin təhsil haqqı xərclərini ödəmişik”.

  •  (2)
  •  (0)