Tanınmış jurnalist məhkəməyə verildibackend

Tanınmış jurnalist məhkəməyə verildi

Azərbaycanlı jurnalist məhkəməyə verilib.

Hokm.AZ xəbər verir ki, “Reaksiya Media Group”-un rəhbəri, jurnalist Zaur Qəriboğlu “Baku Stell Company” tərəfindən məhkəməyə verilib. Bu barədə jurnalist öz feysbuk hesabında məlumat yayıb:

“Ramiz Mehdiyev bizi məhkəməyə verdi!
Bu yaxınlarda Ramiz Mehdiyevin adamı olan “Baku Stell Company” nin rəhbəri Rasim Məmmədovun iş adamlarını necə şərləyib, həbs etdirdiyi, iş adamlarını çökdürmələriylə bağlı veriliş etmişdim. Bu gün məlumat gəlib ki, adam məni məhkəməyə verib və ayın 11 – i saat 12:00-da Yasamal Rayon Məhkəməsində məhkəmə hazırlıq iclasıdır!
Ramiz Mehdiyev dözmədi! Bütün həmkarlarımı 11.06.2020, saat 12:00-da Yasamal Rayon Məhkəməsinin qarşısına dəvət edirəm!”baxar.az

  •  (1)
  •  (0)