Tanınmış idmançı 47 yaşında koronavirusdan vəfat etdi – FOTObackend

Tanınmış idmançı 47 yaşında koronavirusdan vəfat etdi – FOTO

Bu gün sığorta şirkətlərindən birinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib.

Hokm.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.
47 yaşlı Y.Aqşin 14 gün idi ki, 1 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.
Qeyd edək ki, Y.Aqşin maliyyə sahəsində peşəkar fəaliyyəti ilə yanaşı, 2009-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Kikboksinq üzrə dünya ikincisi olub.
 
sfera.az
  •  (1)
  •  (0)