Uzun müddət Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Tamila Nəsrullayeva vəkilliyə qəbul olunub.
T.Nəsrullayeva bu gün şifahi müsahibədə iştirak edərək vəkilliyə qəbul olunub.
Qeyd edək ki, T.Nəsrullayeva ötən il 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmişdi.
Xatırladaq ki, 1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 – 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 – 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi (2007 – 2011) hakimi olub. (E-huquq.az)
Hokm.az
















