Tanınmış futbol məşqçisinin yeni iş yeri bəlli oldubackend

Tanınmış futbol məşqçisinin yeni iş yeri bəlli oldu

Fransanın “Marsel” komandasının yeni baş məşqçisi müəyyənləşib. 

Kollektiv Andre Villaş-Boaşa həvalə olunub.

42 yaşlı mütəxəssislə ikillik müqavilə imzalanıb. O, yeni klubunda illik 600 min avro qazanacaq. Portuqaliyalı məşqçinin köməkçiləri bəlli olandan sonra təyinat rəsmən elan olunacaq. Villaş-Boaş bu postda Rudi Qarsiyanı əvəzləyib.

Qeyd edək ki, “Marsel” 2018-2019 mövsümünü beşinci pillədə başa vurub. Andre Villaş-Boaş indiyədək Rusiya “Zenit”i ilə yanaşı, Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi” və “Tottenhem”, eləcə də Çinin “Şanxay” komandalarına rəhbərlik edib. O, 2017-ci ildən işsizdir. (report)

Hokm.az

  •  (0)
  •  (0)