Tanınmış bəstəkar vəfat etdibackend

Tanınmış bəstəkar vəfat etdi

İtaliya bəstəkarı, musiqiçisi və rejissoru Franko Battiato vəfat edib.

Hokm.az APA-ya istinadən bildirir ki, bu barədə 76 yaşlı musiqiçinin ailəsi bildirib.

O, uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Musiqiçi Sisiliyadakı evində vəfat edib.

F.Battiato uzun karyerası boyu müxtəlif janrlara müraciət edib. 1984-cü ildə müğənni Aliçe ilə birgə İtaliyanı “Avroviziya” yarışında təmsil edərək, beşinci yeri qazanıb. 2000-ci illərdə üç film ekranlaşdırıb, daha sonra rəssamlıqla məşğul olub.

  •  (0)
  •  (5)