Tanınmış azərbaycanlı rejissor vəfat edib – FOTObackend

Tanınmış azərbaycanlı rejissor vəfat edib – FOTO

Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.

Hokm.az bildirir ki, bu barədə “ButaFilm”in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib.O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib.

Ç.Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən “Kuklalar” (2009) filminin quruluşçu rejissorudur.

Allah rəhmət eləsin. APA

  •  (0)
  •  (0)