Tanınmış aparıcı koronavirusdan vəfat etdibackend

Tanınmış aparıcı koronavirusdan vəfat etdi

Rusiyada uşaqlar üçün yayımlanan “ABVQDeyka” (“АБВГДейка”) adlı verilişin aparıcısı Kristina Asmalovskaya 41 yaşında vəfat edib.

Hokm.az Unikal.org-a istinadən xəbər  verir  ki, o, koronavirusdan dünyasını  dəyişib.

Qeyd edək ki, K.Asmalovskaya sözügedən verilişdə 7 il aparıcılıq edib. Bundan başqa, “Mənim gözəl dayəm” və “Sevgi adyutantları” seriallarında çəkilib, “Tantsı so zvyozdamı” (“Танцы со звездами”) telelayihəsində iştirak edib. İdman-bal rəqsləri üzrə beynəlxalq dərəcəli idman ustası olub.

  •  (0)
  •  (0)