Tamerlan Burcəliyev şəhid qardaşının adını kürəyində daşıyacaq – FOTObackend

Tamerlan Burcəliyev şəhid qardaşının adını kürəyində daşıyacaq – FOTO

“Zirə” klubunun əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev Vətən müharibəsində şəhid olan qardaşının adını kürəyində daşıyacaq.

Bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında paylaşım edib.

Qurum rəsmisi bildirib ki, T.Burcəliyev bununla bağlı PFL-ə müraciət edib. Onlara edilən bu təklifə dərhal müsbət cavab veriblər.

Xatırladaq ki, İlqar Burcəliyev oktyabrın əvvəlində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, “Zirə”nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub.

  •  (0)
  •  (0)