85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Şaməmməd qızı Cəfərova təbliğat-təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunun bütün kəndlərində sakinlərlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Tamam Cəfərova səlahiyyətli nümayəndələr, vəkillər və könüllülərlə birgə günümüzədək rayonun bütün kəndlərində seçicilərlə görüşüb.
Seçicilərilə geniş tərkibli görüşlər keçirən Tamam Cəfərova sakinlərlə əhatəli söhbət aparıb, ölkəmizdə cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi və sturuktur islahatlarından söz açıb, vətəndaşların bütün problemlərini dinləyib, həlli ilə bağlı qarşıda duran məsələləri müzakirə edib.
İstisnasız olaraq bütün kəndlərdə seçicilərlə görüşən Tamam Cəfərova şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinə baş çəkib, problemləri ilə maraqlanıb.
Tamam Cəfərova mütəmadi olaraq rayon ağsaqqalları, rayon gəncləri, rayon ictimaiyyəti ilə də görüşlər keçirir, onların problemlərini və təkliflərini dinləyir.
Fotoda: Cəmi 5 evdə yaşayış olan qədim Keçmədin kəndi…

Tamam Cəfərova cəmi 5 evdə yaşayış olan qədim Keçmədin kəndinin sakinləri ilə də görüşüb, onların problemləri ilə maraqlanıb. Tamam Cəfərovanın sakinlərlə görüşləri bir daha onu göstərdi ki, o, indidən xalqın içində olmağı bacarıb.



































