Tamam Cəfərova: Proqramlar, startaplar, tətbiqlər bizim ölkənin texnoloji inkişafı üçün inanılmaz fürsətlər vəd edirbackend

Tamam Cəfərova: Proqramlar, startaplar, tətbiqlər bizim ölkənin texnoloji inkişafı üçün inanılmaz fürsətlər vəd edir

“Hazırkı dövrdə dövlətlərin inkişafının əsas hissəsini, bəlkə də ən vacib indikatorunu texnoloji tətbiq, informasiya texnologiyaları ilə iş təşkil edir”.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, hələ bir müddət əvvəldən dünyanın İT nəhəngi “Microsoft” şirkəti ilə bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri sahəsində müəyyən təcrübələr bölüşülür: “Eyni zamanda, Azərbaycanda Uptime İnstitutunun qiymətləndirməsinə görə TIER 3 səviyyəli Data Mərkəz vasitəsilə “Microsoft” şirkətinin bulud texnologiyaları əsasında yeni xidmətlərin tətbiqi üzrə tədbirlər görülməyə başlayıb.

Sözügedən şirkətlə hazırkı münasibətlərin səviyyəsi barədə detallar iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfransda müzakirə edilib.

Ölkə rəhbəri şirkət rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndirməsi həm də onu ifadə edib ki, texnoloji imkanlar hər formada, o cümlədən fiziki imkanların məhdud olduğu, pandemiya kimi şəraitlərdə xüsusilə böyük əhəmiyyət daşıdığını göstərdi. O bildirdi ki, İki il bundan əvvəl Bakıda keçirilən görüşdən sonra əməkdaşlıq genişlənib, razılaşma imzalanıb, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir: “Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir”.
Ölkə rəhbərinin tövsiyyələri ilə kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurumlar yaradılıb. Çünki kibertəhlükəsizlik hər zaman gündəlikdədir. Bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyə qədər Azərbaycanı bu sahədə hansısa ciddi təhlükə təhdid etməsə də, müharibə şəraitində olan bir dövlət kimi gələcəyə mütləq hazırlaşmaq lazımdır”.

Tamam Cəfərova qeyd edib ki, bu günlərdə distant təhsil məsələsi də bir daha aktuallaşıb və Prezident məhz bu haqda deyib  ki, pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq: “Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.

Deputat bildirib ki, görüşdə vurğulanan “Silikon Vadisi” ideyasının oxşarı olan “Abşeron Vadisi”nin təsis edilməsi Dördüncü Sənaye İnqilabının Azərbaycanda da zəfər çalmasının göstəricisi ola biləcəyi ideyası olduqca böyük əhəmiyyətə malikdir:

“Bu texnologiya, həmçinin qlobal bazara daxil olmaq üçündür. Çünki “bulud hesablamaları” elə bir qlobal bazar ərazisidir ki, buraya hər kəsin çıxışı var. Səmərəli olaraq Azərbaycandan ən yaxşı istedadlı insanlar qlobal bazarda rəqabət apara bilərlər, onların həqiqi “bulud hesablamaları” üzrə iqtisadi gücə malik olması üçün San Fransiskodan, Silikon Vadisindən fəaliyyət göstərməsinə lüzum yoxdur.
Nəticədə rəqəmsal bacarıqlar üzrə proqramlar, startaplar, tətbiqlər bizim ölkənin texnoloji inkişafı üçün inanılmaz fürsətlər vəd edir”.

  •  (0)
  •  (1)