“Taliban” qadınların televiziyada aparıcılıq etməsinə icazə veribbackend

“Taliban” qadınların televiziyada aparıcılıq etməsinə icazə verib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı qadınların televiziya proqramlarında aparıcılıq etməyinə icazə verib.

Bu barədə Əfqanıstanın “Tolo News” telekanalının xəbərlər şöbəsinin müdiri Miraka Popal öz “Twitter” səhifəsində məlumat verib.

“Telekanalımız bu gün qadın aparıcıları ilə öz yayımını bərpa edib. Hazırda qadın aparıcımız studiyamızda “Taliban”ın media qrupunun üzvündən müsahibə götürür”, – deyə “Tolo News” telekanalının xəbərlər şöbəsinin müdiri qeyd edib.

  •  (0)
  •  (0)