“Taliban” Pəncşiri tam ələ keçirdibackend

“Taliban” Pəncşiri tam ələ keçirdi

Taliban” hərəkatı Əfqanıstanın Pəncşir vadisinə nəzarəti tam ələ keçirdi.

Hokm.az xəbər verir ki, bunu “Taliban”ın rəsmi yetkilisi Zəbiulla Mücahid Twitter akkauntunda bəyan edib.
O yazıb: “Muzdlu düşmənlərin son istinadgahı olan Pəncşiri tam ələ keçirdik. Ölkədə təhlükəsizliyin tam təminatına yönəlmiş son səylər nəticə verdi. Pəncşir vilayəti hazırda İslam Əmirliyinin tam nəzarətindədir”.
Onun sözlərinə görə, Əhməd Məsudun adamlarının bəziləri məğlub olub, bəziləri qaçıb.Sfera.az
  •  (1)
  •  (1)