Taliban lideri bütün siyasi məhbusları azad etməyi TAPŞIRDIbackend

Taliban lideri bütün siyasi məhbusları azad etməyi TAPŞIRDI

Taliban lideri Heybətulla Axundzada siyasi məhbusların azad edilməsini əmr edib.

Hokm.az xəbər verir ki, bu barədə Talibanın sözçüsü Qari Yusif Əhmədi bildirib.

 

“İslam Əmirliyinin ali rəhbəri Şeyx Əl-Hədis Heybətulla Axundzada bütün həbsxanalardan siyasi məhbusların azad edilməsini əmr etdi. Əyalət qubernatorları adi və məşhur siyasi məhbusların hamısını qeyd-şərtsiz olaraq ölkə həbsxanalarından azad edəcəklər. Sabahdan etibarən onları ailələrinə təhvil verəcəklər”,- Əhmədi “Twitter”də yazıb.Unikal.org

  •  (0)
  •  (0)