“Rusiyanın Əfqanıstanda “Taliban” hökumətini tanıyacaq ilk dövlət olmasına inanır və çox istəyirik”.
Hokm.az “Report”a xəbər verir ki, bunu Əfqanıstanın “Taliban” hökumətinin Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarval bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi hökumət Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir: “Biz Rusiyada neft və təbii qaz almaq istəyirik. Bu istiqamətdə müqavilə bağlamağa hazırlaşırıq”.
Camal Nasir Qarval deyib ki, “Taliban” hökuməti Rusiyaya nümayəndə heyəti göndərməyi planlaşdırır və səfərin tarixi ilə bağlı danışıqlar aparılır.