Taleh Qaraşov da seçkidə qurban gedəcək… – İDDİAbackend

Taleh Qaraşov da seçkidə qurban gedəcək… – İDDİA

 “Özünün bütün varlığı ilə seçkilərə “daxil olan” Lənkəranın icra başçısı Taleh Qaraşov əslində qanunlara görə, açıq şəkildə hüquq pozuntusuna yol verməkdədir”. Hokm.az-ın  DİA.AZ-a istinadən xəbərinə görə bu sözləri yazan lənkəranlılar bildirirlər ki, Taleh Qaraşov sanki kimdənsə əmr alıbmış kimi 9 fevral seçkilərinin nəticələrinə təsir etməyə çalışır.

Sakinlər yazır: “Taleh Qaraşov bu gün YAP namizədlərinin əlində seçki maşınına çevrilib. Halbuki cənab Prezident məhz bu cür icra başçılarının cəzalanacağını dəfələrlə vurğulayıb. İndi belə davam edərsə, Taleh Qaraşov seçkilərin ilk qurbanlrından biri olacaq. Bunu sübutlarla biz təsdiqləyəcəyik və inanırıq ki, hörmətli ölkə rəhbərliyi bu gün özünü Hadı Rəcəbli kimi xalqdan uzaq düşmüşlərin vəkili kimi aparan Taleh Qaraşova da layiqli cəza verəcək”.

Qeyd edək ki, daxil olan müraciətdə əlavə ittihamlar da var ki, bu barədə sübutlar təqdim olunandan sonra daha geniş bilgiləri diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…


Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)