Taleh Kazımov ilk dəfə bank rəhbərlərini toplayırbackend

Taleh Kazımov ilk dəfə bank rəhbərlərini toplayır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov bu gün bank rəhbərləri ilə görüşəcək.

“APA-Economics”in əldə etdiyi məlumata görə, görüş zamanı Azərbaycanın bank sektorunun cari vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.

Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin bank rəhbərləri ilə ilk görüşüdür.

  •  (0)
  •  (0)