Taksi sürücüləri Monako Qran-prisini boykot edəcəklərbackend

Taksi sürücüləri Monako Qran-prisini boykot edəcəklər

“Formula 1” üzrə Monako Qran-prisi taksi sürücülərinin mümkün etirazları üzündən çətinliklərlə üzləşə bilər.

Sürücülər istədikləri xidmət haqqını ala bilməmələrindən narazıdırlar. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Qran-prinin start götürəcəyi mayın 23-də bütün yolları bağlayacaqlarını bildiriblər.

Daha əvvəl taksi sürücüləri Nitsa hava limanında müştərilərə xidmətdən imtina ediblər. Onlar mayın 15-də Kan kino festivalı keçirilərkən bu addımı atıblar.

Qeyd edək ki, Monako Qran-prisində ilk sərbəst yürüşlər mayın 23-də, yarış isə mayın 26-da şəhər trasında keçiriləcək. Bu, dünya çempionatında 6-cı mərhələ olacaq. Beş mərhələdən sonra “Mercedes” pilotu Lüis Hemilton liderdir. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutur. (report)

Hokm.az

  •  (0)
  •  (0)