“Tabuta sığmayanlar” tamaşa-kompozisiyası nümayiş olunub – VİDEO/FOTOLARbackend

“Tabuta sığmayanlar” tamaşa-kompozisiyası nümayiş olunub – VİDEO/FOTOLAR

27 sentyabr – Anım Günü münasibəti ilə Nizami Gəncəvi adına Masallı Mədəniyyət Mərkəzinin səhnəsində Masallı, Cəlilabad Xalq Teatrlarının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Tabuta sığmayanlar” adlı tamaşa-kompozisiya nümayiş edilib.

 

Tamaşanın nümayişində Masallı Rayon İcra Hakimiyyətinin başçısı və aparatı, Hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri,  şəhid ailələri, qazilər, rayon ictimayəti və media nümayəndələri iştirak ediblər.

 

Hokm.az xəbər verir ki, jurnalist-publisist Cəfər Cəfərovun eyniadlı pyesi əsasında hazırlanan tamaşa-kompozisiya 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşən Masallı şəhidlərinə həsr edilib.

 

Təsirli epizotlar ilə yadda qalan kompozisiya tamaşaçıları kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqış sədaları ilə müşayiət edilirdi.

 

Tamaşadan sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar dilədi.

 

Xatırladaq ki, tamaşa-kompozisiyanın müəllifi Cəfər Cəfərov, rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatı Elsevər Əliyevə aiddir.


Fotolar Elsevər Əliyevə aiddir:













  •  (0)
  •  (1)