Sutka ərzində koronavirusa yoluxanların sayı açıqlandıbackend

Sutka ərzində koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 968 yeni yoluxma faktı qeydə alınıb, 1 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 21 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407 nəfər müalicə olunaraq sağalıb, 5 252 nəfər vəfat edib, aktiv xəstə sayı 36 227 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 215, ötən müddət ərzində isə ümumilikdə 4 285 883 test aparılıb.

  •  (0)
  •  (0)