“Şuşada və Xankəndində yaşayan ermənilər qorxudan kütləvi şəkildə qaçırlar”backend

“Şuşada və Xankəndində yaşayan ermənilər qorxudan kütləvi şəkildə qaçırlar”

“Azərbaycan ordusu növbəti dəfə də gücünü Ermənistana və bütün dünyaya sübut etməkdədir”.

Hokm.az xəbər verir ki, bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Gəncəni vurmaqla hədələyən və sərsəm bəyanatlar verən işğalçı Ermənistanın siyasi liderləri bu gün beynəlxəlq təşkilatlara və dövlətlərə bizim əks-hücum əməliyyatımızı dayandırmaqları üçün yalvarırlar. Bu da bir daha onların necə qorxaq xalq olduğunu sübuta yetirir. Ordumuz tərəfindən ağır zərbələrə məruz qalan Ermənistan itkilərinin sayını gizlətməyə çalışsalar da, alınmır. Yalanları özləri tərəfindən ifşa olunur. Artıq Şuşada və Xankəndində yaşayan ermənilər evlərini qoyub kütləvi şəkildə Ermənistana qaçırlar”.

Deputat söyləyib ki, Nikol Paşinyanın bu son təxribatı Ermənistan ordusunun və dövlətinin biabırçı məğlubiyyəti ilə nəticələnməkdədir:

“Ermənistan dövləti illərdir ki, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirir. Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, onlar təxribatlarından əl çəkmədilər. Ermənistanla yanaşı beynəxalq təşkilatlar və ATƏT Minsk Qrupu gizlin şəkildə işğalçıya dəstək olaraq mövcud status-kvonun qorunub saxlanılmasına çalışırdı. İllərdir ki, nəticəsi olmayan danışıqlar prosesi ilə ATƏT və digər beynəlxalq təşkilatlar sadəcə vaxt itkisinə səbəb oldular. Bu gün Azərbaycan öz torpaqlarını işğalçıdan təmizləmə əməliyyatı keçirərək tarixi torpaqlarımızın geri qaytarılması üçün döyüşür. Ali Baş Komandanlığı ilə ordumuz işğal altında olan bir neçə kəndimizi və strateji yüksəklikləri, yaşayış məntəqələrini işğaldan azad edib. Əminəm ki, bu istiqamətdə ordumuzun uğurları davam edəcək, yaxın günlərdə növbəti qələbələrə imza atacağıq. Xalqımız Ali Baş Komandanımızın və ordumuzun ətrafında sıx birləşib. Cənab Prezidentin müraciəti və onun bu gün qismən səfərbərlik haqqında imzaladığı sərəncamı vətəndaşlarımız çoxdan gözləyirdi. Hazırda xalqımızda yüksək döyüş əzmi var. İnanıram ki, tezliklə üçrəngli bayrağımızı işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq. Qələbə bizimlədir”.

  •  (2)
  •  (0)