Şuşada konfrans adı ilə 470 alimi aldadıb pulunu aldılarbackend

Şuşada konfrans adı ilə 470 alimi aldadıb pulunu aldılar

Bir qrup alimə Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edilib.

Hokm.az xəbər verir ki, bu barədə tarixçi alim Arif Gürşadoğlu özünün sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Əlvan Cəfərov adlı şəxs Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi aldadıb:

“Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bu, çirkin oyundur. Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün Şuşaya gedib. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər, hətta alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı?”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlərin idarəyə müraciət etməsi xahiş edilir.

  •  (1)
  •  (1)