“Şuşa ili” bizlərə nə vəd edir?backend

“Şuşa ili” bizlərə nə vəd edir?

Ali Baş Komandan cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə xalqa müraciəti zamanı olduqca mühim məqamlara toxunmuş oldu.

Cənab Prezidentin dünya azərbaycanlılarına müraciəti zamanı 2022-ci ili “Şuşa ili” elan etməsi dövlətimizin hərbi və diplomatik arenada qələbəsini bir daha sübut edirdi. Cari ilin “Şuşa ili” elan edilməsi tariximizin, mədəniyyətimizin beşiyi sayılan Şuşanın milli kimliyinin, dünyada tanınması baxımından böyük əhəmiyyətə malikdir

Milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin beşiyi və qeyrət qalamız olan Şuşanın 270 illik yubleyinin keçirilməsi ilə bütün beynəlxalq ictimaiyyət Şuşanın kimə məxsus olduğunu bir daha görmüş olacaq.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşa hər ötən gün inkişaf edir, dirçəlir və gözəlləşir. Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz əvvəlki halına qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı möhtəşəm dəyişimin bir parçasıdır.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin yenidən ənənəvi şəkildə təşkil olunması onu göstərir ki, Şuşa əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadı.

Bütövlükdə onu deyə bilərik ki, Beynəlxalq arenada yeni siyasi reallıqlar yaradan Azərbaycan qarşısına qoyduğu hədəflərə inamla irrəlləyir. “Şuşa ili” elan olunması isə diplomatik, iqtisadi, mədəni sahədə inkişaf, həmçinin yeni-yeni uğurlar vəd edir.

  •  (2)
  •  (0)