Sürücülük hüququndan məhrumetmə müddəti artırılırbackend

Sürücülük hüququndan məhrumetmə müddəti artırılır

İnzibati Xətalar Məcəlləsinin daha bir maddəsinə dəyişiklik edilməsi yeni hazırlanmış qanun layihəsində öz əksini tapıb.

Hokm.az xəbər verir ki, hazırda qüvvədə olan məcəlləyə əsasən müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.

Hazırlanmış yeni qanun layihəsində 6 aylıq müddət 1 ilə kimi artırılıb.

Yəni sürücü 20 bal topladıqda 6 aylıq yox, 1 illik sürücülük hüququndan məhrum olunacaq.

  •  (0)
  •  (0)