Səhər saatlarından Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində tıxac müşahidə edilir.
Bu barədə Hokm.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Bakı Sumqayıt şosesi – Xırdalan dairəsindən başlayaraq bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur.
Eləcə də Qara Qarayev prospekti – əsas yol və köməkçi yol Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində;
Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində; Afiyəddin Cəlilov küçəsi – Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində;
Yavər Əliyev küçəsi – Aeroport şosesinə çıxan yol;
Zabrat şosesi – Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində;
Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində;
Binəqədi şosesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;
Ziya Bünyadov prospekti – əsas yol – əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində;
Akademik Həsən Əliyev küçəsi – 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində sıxlıq müşahidə edilir.
















