Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var – SİYAHIbackend

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var – SİYAHI

Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

Bakı–Sumqayıt şosesi – Xırdalan dairəsinin tam yanından bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətində;

Qara Qarayev prospekti – əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində;

Yavər Əliyev küçəsi – aeroport şosesinə çıxan yol;

Tbilisi prospekti–əsas yol – 20 Yanvar dairəsindən başlayaraq, əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində;

Binəqədi şosesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;

Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq – əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə).

  •  (0)
  •  (1)