Sürücülərə ŞAD XƏBƏR: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilirbackend

Sürücülərə ŞAD XƏBƏR: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir

Azərbaycanda dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilir.

Hokm.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb/

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

346-cı maddə Dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

  •  (0)
  •  (0)