Sürücü yol polisinin yazdığı protokoldan şikayətçidir – FOTObackend

Sürücü yol polisinin yazdığı protokoldan şikayətçidir – FOTO

Vətəndaş Müjgan Quliyeva yol polisindən şikayətçidir.

Hokm.az xəbər verir ki, Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki, avqustun 29-da idarə etdiyi 99 MG 868 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə Mərdəkan yolunda hərəkətdə olarkən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, Yusif Babayev tərəfindən saxlanılıb. İnspektor ona sveteforun qırmızı işığında keçdiyini bildirərək barəsində protokol tərtib edib. Sübut olaraq isə başqa bir avtomobilin sürücüsünün bunu dediyini qeyd edib. Vətəndaş inspektora qayda pozmadığını bildirib. Lakin protokol tərtib olunub. Sürücü bu barədə rəsmi olaraq Yol Polisi rəhbərliyinə şikayət də ünvanlayıb.

Vətəndaş məsələnin araşdırılmasını və ədalətli qərar çıxarılırmasını xahiş edir.

 

  •  (1)
  •  (1)