Suraxanı İcra Hakimiyyəti ictimaiyyəti çaşdırırbackend

Suraxanı İcra Hakimiyyəti ictimaiyyəti çaşdırır

20.08. 2020-ci il tarixində Sfera.az saytı 700 illik Nizaməddin məscidinin baxımsızlıqdan bərbad hala düşməsi ilə bağlı məlumat yayıb.

Buna cavab olaraq isə Suraxanı İcra Hakimiyyəti Suraxanıda tikilən parkın görüntülərini yayıb.

Biz həm Suraxanı, həm də ölkəmizin istənilən yerində park salınmasını alqışlayırıq. Amma sözümüz bu deyildi.

Hokm.az xəbər verir ki, Sfera.az-ın matrialı baxımsızlıqdan dağılan 700 illik tarixi abidə və onun ətrafında hündürmərtəbəli villalara şərait yaradılmasıdır.

Xahiş edirik ki icra hakimiyyəti ictimaiyyəti çaşdırmağa cəhd etməsin.

İctimai marağa səbəb olan materialı bir daha paylaşırıq.

***

İşində yol verdiyi ciddi nöqsanlar və rəhbərlik etdiyi qurumun korrupsiya yuvasına çevrilməsi səbəbindən vəzifəsindən azad edilən sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevi və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu birləşdirən cəhət haqda yeni təfərrüatlar məlum olub.

Sfera.az-ın məlumatına görə, söhbət Suraxanı rayonu ərazisində yerləşən tarixi məscidin dağıntıları altında baş tutan maliyyə yeyintilərindən gedir.

Təqdim etdiyimiz fotolardan da aydın şəkildə görünür ki, bu günə qədər məsciddə heç bir əsaslı təmir işləri aparılmayıb, baxmayaraq ki, məscid tarixi mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.

Əldə etdiyimiz məlumatda bildirilir ki, 7 əsrdən çox yaşı olan bu tarixi memarlıq abidəsinin bərpası üçün ayrılan maliyyə vəsaiti sonradan müəmmalı şəkildə yoxa çıxıb. Bu işdə keçmiş nazir Əbülfəs Qarayevin Suraxanının hazırkı icra başçısı Əziz Əzizovla ortaq hərəkət etdiyi bildirilir.

Xatırladaq ki, həmin məscid Əmir Nizaməddin məscidi adlandırılır və kəndin ən qədim tarixi abidələrindən hesab edilir.

Çox ironik olsa da Məscidin ətrafında villa tikməyə sərəncam vermək isə İcra Başçısının nəzərindən qaçmayıb.

Əziz Ələkbərovun keçmiş Əmlak Məsələləri üzrə Dövlət Komitəsinim rəhbəri Kərəm Həsənovun qohumu olduğu və bu vəzifəyə onun təqdimatıyla gətirildiyi bildirilir.









  •  (0)
  •  (0)