Suqovuşanda yol çəkən şəxs minaya düşərək ölübbackend

Suqovuşanda yol çəkən şəxs minaya düşərək ölüb

Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparımış araşdırmalarla müyyən edilmişdir ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

  •  (0)
  •  (0)