Sumqayıtdakı yanğının baş verməsinin ilkin səbəbi AÇIQLANDIbackend

Sumqayıtdakı yanğının baş verməsinin ilkin səbəbi AÇIQLANDI

Sumqayıtda zavod ərazisində baş vermiş yanğın ilkin ehtimala görə, plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı” kompleksinin ərazisində baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumatında bildirilir.

Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.
  •  (0)
  •  (0)