Sumqayıtdakı yanğın “bazarlara keçəcək”? – Yağ və digər ərzaq məhsulları…backend

Sumqayıtdakı yanğın “bazarlara keçəcək”? – Yağ və digər ərzaq məhsulları…

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində müəssisənin 5-6 aylıq yağ ehtiyatının məhv olduğu bildirilib.

Baş verən yanğın fonunda bəzi ekspertlər bahalaşma proqnozu verməkdədir. Bu iddialar nə dərəcədə doğrudur və yağın qiymətində bahalaşma gözlənilirmi?

Mövzu ilə bağlı Gundem.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov “Azərsun Holding”in yağ bazarında payının çox olmadığını deyib. Mütəxəssisin sözlərinə görə idxal kanallarına dövlətin xüsusi nəzarəti gücləndirilməlidir:

“Düzdür, baş verən yanğın zamanı ciddi itkilər yaranıb. Lakin biz ölkənin yağ və yağ məhsullarına olan tələbatına, “AzərSun Holding”in istehsal potensialına və sıradan çıxmış məhsulların statistikasına nəzər yetirsək görərik ki, bu yanğına görə ajiotaj yaratmağa gərək yoxdur. Holdinqin ümumi kərə yağı bazarında payı 1-8 faiz təşkil edir. Azərbaycan bitki və kərə yağı baxımından idxaldan 80 faizdən çox  asılıdır.

Hazırki vəziyyətdə biz iki məsələyə diqqət yetirməliyik. Birincisi, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin stratejik səviyyəsi yüksəldilməli, idxal kanalarının təhlükəsizliyinin təmin olunmalı və idxalda süni problemlərin yaranma ehtimallarını qiymətləndirərək qabaqlayıcı tədbirlər görülməlidir. Yaranmış psixoloji basqı nəticəsində bazarlarda yağın qiymətini qaldırmağa süni cəhdlər olacaq”.

Ekspert bazarda yağ məhsullarının qiymətinin artacağını deyərək, yanğının buna da da şərait yarada biləcəyini deyib:

“Yağın qiymətinin təbii şəkildə artma ehtimalı var. Lakin kimlərinsə bu ehtimaldan istifadə edərək daha ciddi qiymət artımlarına cəhd etməsinin qarşısı alınmalıdır. Digər vacib məsələ isə 5-6 aylıq ehtiyat məsələsidir. Bəzi insanlar elə başa düşür ki, bu itkilər dövlətin itkisidir. Bu, belə deyil, itkilər müəssisəyə aiddir. Məsələn, Səngəçal terminalı ölkənin ən strateji obyektlərindəın biridir və ciddi mühafizə olunur. Bu gün ərzaq toplanan anbarlar da sözügedən terminal qədər əhəmiyyət daşımalıdır. Hazırda ərzaq təhlükəsizliyi üçün tədbirlər kompleks şəkildə aparıldığından bu məsələ də diqqətdə saxlanılmalıdır.Yəni obyektlərin kimin tabeliyində olmasından asılı olmayaraq, onlar ciddi qorunmaldır. Kimsə vəd verə bilməz ki, bu yanğın sonuncudur və bir daha təkrarlana bilməz”.

  •  (0)
  •  (1)