Sumqayıtda sərnişin avtobus sürücüsünü belə döydü ANBAAN VİDEOGÖRÜNTÜbackend

Sumqayıtda sərnişin avtobus sürücüsünü belə döydü ANBAAN VİDEOGÖRÜNTÜ

Sumqayıt şəhərində 7 nömrəli marşrurt xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilib.

Xezerxeber.az-ın məlumatına görə, sərnişin avtobusu saxlamadığı üçün sürücüyə öz etirazanı bildirib. Sürücü isə ona avtobusu yalnız dayanacaqda saxlayacağını deyib. Bu zaman sərnişin sürücüyə avtobusun pəncərəsindən hücum edib. Nəticədə avtobusun sürücüsü xəsarət alıb.

Hadisə şəhərin 7 nömrəli marşrurt xəttində baş verib.

Sürücü Məhəbbəs İsmalov deyir ki, onlar tapşırığa əsasən sərnişinləri yalnız dayancaqda düşürə və ya mindirə bilərlər. Məlum hadisə də elə buna görə olub. Baş verənlər avtobusdakı kamera vasitəsilə lentə alınıb.

Sürücü deyir ki, o, sadəcə öz vəzifə borcunu yerinə yetirib və hüquq- mühafizə orqanlarından məsələyə düzgün hüquqi qiymət verilməsini istəyir.

Baş vermiş hadisə ilə bağlı artıq polisə məlumat verilib. Sumqayıt şəhər Polis İdarəsindən bidlirildi ki, həmin sərnişinin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı 4-cü polis bölməsində araşdırlmalara başlanılıb.

  •  (0)
  •  (0)