Sumqayıtda mikroavtobus qəzaya uğradı – xəsarət alanlar varbackend

Sumqayıtda mikroavtobus qəzaya uğradı – xəsarət alanlar var

Bu gün səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt Texnologiyalar Parkından keçən hissəsində “Hyundai” markalı mikroavtobus qəza törədib.
Hokm.az xəbər verir ki, qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

 

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Stansiyasına xəsarət alanların olması ilə bağlı çağırış daxil olub: “Həmin şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün buraxılıb”.
  •  (0)
  •  (1)