Sumqayıtda ağır qəza: ÖLƏN VARbackend

Sumqayıtda ağır qəza: ÖLƏN VAR

Bakı-Quba yolunun Sumqayıtdan keçən 48-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Hokm.az xəbər verir ki, Zaur Paşayev idarə etdiyi “Mercedes Benz Atego” markalı yük avtomobili ilə yolu keçmək istəyən piyada, 1990-cı il təvəllüdlü Qəniyev Vüsal Tofiq oğlunu vurub.

Ağır bədən xəsarətləri alan 31 yaşlı piyada ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)