Sumqayıtda ağır qəza: Maşın aşdı, yaralılar var – VİDEObackend

Sumqayıtda ağır qəza: Maşın aşdı, yaralılar var – VİDEO

Sumqayıt şəhərində avtomobil yol kənarında dayanan digər maşına çırpılaraq aşıb.

Baku TV xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində, Koroğlu prospektində baş verib.

Belə ki, “Mitsubishi” markalı, 99 RE 741 dövlət nömrə nişanlı minik maşınının sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarında dayanan “Chevrolet Aveo” markalı, 50 CJ 868 dövlət nömrə nişanlı avtomobilə çırpıb.

Zərbənin gücündən “Mitsubishi” aşıb.

Nəticədə, aşan maşında olan iki nəfər şəxs ağır xəsarət alıb. Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının briqadası cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb. Qəza zamanı ölən olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)