Sumqayıtda ağacların dibi asfaltlandı: Nazirlik hərəkətə keçdibackend

Sumqayıtda ağacların dibi asfaltlandı: Nazirlik hərəkətə keçdi

Sumqayıtda ağacların dibi asfaltlanıb.

Hokm.az xəbər verir ki, söhbət şəhərin Xəzər bağları adlanan ərazisindən gedir.

Restoranlardan birinin yaxınlığında bir neçə ağacın dibinə asfalt tökülüb və məhvə tərk edilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ünvana baxış keçirilib və ağacların dibi asfaltdan təmizlənib.

Belə ki, Sumqayıt şəhəri, Xəzər bağları massivində ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Fərid Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, ağacların dibi qurumun əməkdaşlarının nəzarəti altında Sumqayıt şəhər bələdiyyəsinin işçiləri tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.

Xidmət rəsmisi hər kəsi yaşıllıqlara qayğı ilə yanaşmağa, onların mühafizəsinə həssas münasibət göstərməyə çağırıb:

“Təəssüf ki, bəziləri fərqinə varmadan, hər bir ağacın insanlara nə qədər fayda verdiyini düşünmədən bu cür məsuliyyətsiz addımlar atırlar. Yaxşı ki, cəmiyyətimizdə yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ayıq-sayıq insanlar çoxluq təşkil edirlər, ictimai nəzarət güclüdür. Hər birinizi bir daha yaşıllıqlara qarşı həssas və diqqətli olmağa səsləyirik”.

  •  (0)
  •  (0)