Sumqayıt və Abşeronda məişət tullantılarının qalaqlanması faktları aşkar olunub – FOTObackend

Sumqayıt və Abşeronda məişət tullantılarının qalaqlanması faktları aşkar olunub – FOTO

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kənd ərazisində, həmçinin, Novxanı bağlar massivində yerləşən supermarket ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədovun, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyevin və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədovun barəsində protokollar tərtib edilib.

E.Əhmədov 8 000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3 000 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

  •  (0)
  •  (0)