Sumqayıt Məhkəmə Kompleksinin və Suraxanı rayon Məhkəməsinin tikintisi yekunlaşmaq üzrədirbackend

Sumqayıt Məhkəmə Kompleksinin və Suraxanı rayon Məhkəməsinin tikintisi yekunlaşmaq üzrədir

“Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilib, dövlətimizin başçısı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni müasir binasının açılışı həyata keçirilib, yüksək texnologiyalı digər binaların, o cümlədən Masallı Məhkəmə Kompleksinin inşası başa çatdırılıb, Sumqayıt Məhkəmə Kompleksinin və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin tikintisi isə yekunlaşmaq üzrədir”.

Hokm.az-ın məlumatına görə, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov bildirib.

O qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün əməli tədbirlər görülüb, bu sahədə Dünya Bankı ilə yeni razılaşma imzalanaraq icrasına başlanılıb: “Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən bu və mətbuatda mütəmadi işıqlandırılan digər məqsədyönlü tədbirlər, əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla dövlətimizin başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğının real təzahürüdür”.

  •  (3)
  •  (1)