Sumqayıt bələdiyyəsində qəribə hadisə: “Qapını döydük, dedilər, içəridə COVID-19 xəstəsi var” – VİDEObackend

Sumqayıt bələdiyyəsində qəribə hadisə: “Qapını döydük, dedilər, içəridə COVID-19 xəstəsi var” – VİDEO

Sumqayıt şəhər bələdiyyəsinin əməkdaşları vətəndaşların vaksin pasportu olmasına baxmayaraq onları içəri buraxmır. Özləri isti otaqda, sakinlər isə soyuqda.

Sakinlər bildirir ki, bələdiyyə əməkdaşları onlara içəridə koronavirusa yoluxan şəxslərin olduğu üçün içəri buraxılmadığını bildirib.

Sumqayıt şəhər bələdiyyəsindən mövcud vəziyyətə açıqlama verilib.

Bələdiyyə üzvü Akif Kərimov bildirib ki, bələdiyyənin doqquz əməkdaşı ayrı-ayrı vaxtlarda virusa yoluxduğu üçün tədbir məqsədi ilə bu yola əl atıblar.

Daha ətraflı Baku TV-nin süjetində:

 

  •  (0)
  •  (0)