Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verildi – FOTObackend

Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verildi – FOTO

Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hokm.az-a məlumat yayıb.

Bildirilib ki, bu gün AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri inşa edilmiş yeni yol qovşağının açılış mərasimində iştirak ediblər.

Yeni inşa edilən qovşaq iki yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

Yol ötürücüləri üç və dörd aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə doqquz metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsi monolit dəmir-betonla inşa edilib, körpülərə yanaşma yolları tikilib.

Layihə əsasında dairə ətrafında olan 2 350 metr uzunluğa malik yollar təmir edilib, piyada səkiləri yaradılıb. 600 metrdən çox istinad divarları inşa olunub.

  •  (0)
  •  (0)