Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar.
Hokm.az “Unikal”a istinadən bildirir ki, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Sos (Xocavənd – red.) və Xaçmaç (Xocalı – red.) kəndlərində yerləşirdi.
Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.
Ərazidən çıxarılan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.