Sülhməramlılar Kəlbəcərə yük daşıdı – FOTObackend

Sülhməramlılar Kəlbəcərə yük daşıdı – FOTO

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Hokm.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin martın 30-na olan fəaliyyəti barədə məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur” – açıqlamada deyilir.

Bildirilib ki, Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingenti Suqovuşan – Vəng – Kəlbəcər marşrutu ilə 175 ton ağırlığında növbəti humanitar yük partiyasının çatdırılmasını təmin edib.

“Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir.

Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 15 hektar ərazi, 5 km yol təmizlənib, 2 partlayıcı maddə aşkar edilib, 7 bina yoxlanılıb. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1850 hektar ərazi, 569 km yol, 1651 mənzil tikintisi, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 378 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, – deyə Rusiya MN-dən bildirilib.

  •  (0)
  •  (1)