Sülh razılaşmasında Ermənistanın məsuliyyətibackend

Sülh razılaşmasında Ermənistanın məsuliyyəti

Ermənistan-Azərbaycan münasibətlərində sülhün əldə olunması geosiyasi sərurətdir

Azərbaycanın Qarabağ münaqişəsinin nizamlanmasında mövqeyi bəllidir. Azərbaycan sülh gündəliyinə hər zaman sadiq olub. Dövlətimiz sülhün bərqərar olmasına çalışır. Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasında israrlı olduğu halda, qarşı tərəf qeyri-adekvat mövqe sərgiləyir. Xüsusən bütün region ölkələri kommunikasiyaların açılmasında maraqldır. Yalnız Ermənistan buna qarşı çıxır. Ermənistan Qarabağ məsələsində bu vaxta kimi üzərinə düşən heç bir öhdəliyi yerinə yetirməyib. Azərbaycan isə bu istiqamətdə öz səylərini daha da gücləndirib. Prezident İlham Əliyev beynəlxalq birliyin bu məsələyə daha ədalətli yanaşması ilə bağlı daimi çıxışlarında öz arqumentlərinin irəli sürür. Oktyabrın 31-də Soçidə Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfli görüşdə bu haqda bir daha dövlətimizin mövqeyini açıqlayıb: “Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür”.

Bu gün dünya ictimaiyyəti birmənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Hətta, Ermənistan rəhbərliyi belə, bəzən bunu etiraf etmək məcburiyyətində qalır. Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan da “Vətəndaş sazişi” partiyasının iclasında çıxşında “Dünya istisnasız Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”,-deyə bir etiraf edib. Hər halda bu, Paşinyanın növbəti hiyləgər manevr cəhdidir. Ümumiyyətlə, Nikol Paşinyan Soçi görüşündən əvvəl bir neçə çaşıdırcı açıqlamalar etmişdi. O, sülh sazişinin imzalanması üçün nə Qərb ölkələrinin, nə də Kremlin təkliflərini qəbul etmək istəmir. Dolayısı ilə də məsələnin həllinin gecikməsində məsliyyəti Rusiyanın üzərinə yıxmağa çalışır. Vladimir Putin isə oktyabrın 31-də Soçidə “Azərbaycan və Ermənistan arasında münaqişə uzun illərdir davam edir – Buna son qoyulmalıdır”,- deyə Paşinyanın yalanını bir daha üzə çıxarıb. Xatırladaq ki, Rusiya prezidenti Soçidə Nikol Paşinyanla da ikitərəfli görüş keçirib. Bu arada Paşinyanın bu görüşdə öz çıxışını vərəqdən oxuması gündəm olub. Ermənilər bu məqamı sosial şəbəkələrdə geniş müzakirə ediblər.

Prezident İlham Əliyevin Soçidə qeyd etdiyi kimi Qarabağ münaqişəsi artıq tarixdə qalıb: “Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır”. Azərbaycan dəfələrlə Ermənistana sülh çağırışı edib. Ermənistan üçün sülhdən qaçmaq daha ağır siyasi və iqtsiadi böhranlara səbəb olacaq. Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüş sülh üçün atılacaq addımları da konkretləşdirdi. Bu görüşdə imzalanan üçtərfəli Bəyanat bir növ Praqada əldə olunan razılaşmaların davamı oldu. Əsas məsələ sülh istiqamətində addım atmaqdır. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməlidirlər. Bu çərçivədə də işlərin davam etdirilməsi üçün Azərbaycan siyasi iradə nümayiş etdirir. Ermənistan tərəfi isə ardıcıl olaraq fəqli bəyanatlarla danışları pozamağa çalışır. Görünür, Ermənistan rəhbərliyi hələ də öz məsuliyyətini başa düşmür, yaxud özünü belə göstərməyə çalşır.

Ermənistan-Azərbaycan münasibətlərində sülhün əldə olunması geosiyasi sərurətdir. Bölgədə sülhün yaranması bütün region və ətraf ölkələrin dayanıqlı və iqtisadi inkişafına da öz təsirini göstərəcək. Sülhün əldə olunması üçün Ermənistan bütün öhdəlikləri yerinə yetirməlidir. Lakin Ermənistan bunu dərk etməyərək özünə başqa alternativ axtarır. Ermənistan siyasi iradə göstərib öz mövqeyini ortaya qoya bilmir. Buna görə də rəsmi İrəvan sülhə aparan yolda lazım olan addımları atmır.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

  •  (1)
  •  (0)