İraqda ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymani ilə vida mərasimi keçirilib.
Hokm.az xəbər verir ki, İranın paytaxtı Tehranda Qasım Süleymaninin cənazə namazı qılınıb.
İran dini lideri Əli Xamnei və bir çox dövlət rəsmilərinin qatıldığı cənazə namazında minlərlə insan iştirak edib.
Xamnei Süleymaninin cənazə namazının qılındığı vaxt hönkür-hönkür ağlayıb.
İranlı generalın nəşinin Kirmanda dəfn ediləcəyi bildirilib.Yeniavaz.com
















