Süleyman Mikayılovdan şəhidə təhqiramiz münasibət – Videobackend

Süleyman Mikayılovdan şəhidə təhqiramiz münasibət – Video

Paytaxtın Qaradağ Rayon İcra Hakimiyyəti Vətən müharibəsinin şəhidi Mirzəliyev Kamal Əjdər oğlunun ailəsi ilə indiyə qədər maraqlanmayıb. İcra başçısı Süleyman Mikayılov şəhidə və ailəsinə qarşı böyük laqeydlik göstərib.

Bu barədə Reportyor.info-ya şəhidin ailəsinə yaxın olan Mahir Quliyev bildirib. Onun sözlərinə görə, evin tək oğlu olan K.Mirzəliyev Vətən üçün canından keçib, müraciətə baxmayaraq, amma Qaradağ İH onun cənazəsi üçün bayraq belə təşkil etməyib.
M.Quliyevin sözlərinə görə, hətta şəhidin evinə projektor təşkil olunması üçün müraciət edilmişdi, amma onu da verməyiblər.

“İşıqlanmanı özümüz etmişik. Bayraq üçün iki saat yalvarmışıq ki, cənazəyə təşkil edin. Onu da gətirib çıxarıbmayıblar. Bəs Qaradağ icra hakimiyyəti hara baxır? Şəhidə və ailəsinə bu nə münasibətdir?
Bu günə qədər ailəyə heç bir yardım olnmayıb. Hər şeyi öz cibimizdən etmişik. Həyətə tökülən qrabeli də qonşularla yaymışıq”.
Qeyd edək ki, Qaradağın icra başçısı S.Mikayılovdan əlavə rayonun deputatı Aydın Hüseynov və Səbinə Xasıyeva da şəhid ailəsinə baş çəkməyiblər, maraqlanmayıblar. Məmurların, deputatların bu davranışı Prezidentin şəhid ailələrinə diqqətin, qayğı ilə tam tərs mütənasibdir.

  •  (0)
  •  (2)