Suallara səhv cavab verən şagirdi müəllimi döyərək öldürdü – DƏHŞƏTLİ OLAYbackend

Suallara səhv cavab verən şagirdi müəllimi döyərək öldürdü – DƏHŞƏTLİ OLAY

Suallara səhv cavab verən ibtidai sinif şagirdi müəllimi tərəfindən döyülərək öldürülüb.

Hokm.az xəbər verir ki, hadisə Çinin Quanqyuan əyalətində baş verib.

10 yaşlı Zhang riyaziyyatdan suallara səhv cavab verdikdə müəllimi tərəfindən vəhşicəsinə döyülüb.

Nənəsi tərəfindən xəstəxanaya yerləşdirilən məktəblinin beynində qanaxma aşkar edilib. Kiçik qız müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Polis Zhang ilə eyni sinifdə oxuyan əkizinin ifadəsini alıb. O, suallara cavab verə bilmədiyi üçün müəllimin Zhangı döydüyünü deyib.

 

Hadisədən sonra müəllim və məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb.Publika.az

 

  •  (0)
  •  (2)