STM TV xəbərlərinin reytinqini açıqladıbackend

STM TV xəbərlərinin reytinqini açıqladı

Sosial Tədqiqalar Mərkəzi tərəfindən Azərbaycanda media landşaftının sosioloji tədqiqi və ictimai rəy sorğusu həyata keçirilib. Sorğu çərçivəsində respondentlərə media sahəsi ilə bağlı suallar ünvanlanıb. Respondentlərin təxminən yarısı (49.8%) müasir Azərbaycan telekanallarının ümumi səviyyəsini orta qiymətləndirib. Ümumilikdə 35.3%-in fikrincə, müasir Azərbaycan telekanallarının ümumi səviyyəsi müxtəlif dərəcələrdə yüksəkdir. Müasir Azərbaycan telekanallarının ümumi səviyyəsini bu və ya digər dərəcədə aşağı qiymətləndirənlərin sayının aşağı olmasına (14.1%) baxmayaraq, bir məqama diqqət yetirilməlidir. Belə ki, hesabatın müxtəlif yerlərində də göstərildiyi kimi, Azərbaycan telekanallarına dair çoxsaylı narazılıq və iradlar olsa da, ümumi olaraq, daha çox respondent televiziya məkanından bu və ya digər dərəcədə razıdır. Ölkədə və dünyada baş verən hadisələr haqqında məlumat almaq üçün əsas mənbə xəbərlər proqramıdır.

Xəbərlər baxımından üstünlük verilən kanalların siyahısı fərqlidir. Belə ki, əhali tərəfindən ilk üçlükdə izlənməyə görə birinci AzTV Xəbərlər (87.6%), daha sonra ARB Xəbər (60.8%) və İTV Xəbər (37.7%) proqramı gəlir.

  •  (0)
  •  (0)