“Space” TV-nin yeni rəhbəri Kamil Şahverdiyev kanalın sabiq rəhbəri Vaqif Mustafayevin yaxın kadrını işdən çıxarıb.
Hokm.az-ın Unikal.org-a istinadən məlumatına görə, K.Şahverdiyevin əmri ilə, adıçəkilən televiziyanın Proqram Departamentinin rəhbəri Tamara Məmmədova tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edir.
















